Həqiqətən insanın davranışını müəyyən etmək cəhdləri maraqlı nəticələrə gətirir.
Artefactum - süni yolla hazırlanmış deməkdir - Psixologiyada eksperimentin keçirilməsi zamanı metodikadan kənarlaşma vəya metodikanın yanlışlılğından əmələ gələn nəticələr nəzərdə tutulur.
Artefactum - süni yolla hazırlanmış deməkdir - Psixologiyada eksperimentin keçirilməsi zamanı metodikadan kənarlaşma vəya metodikanın yanlışlılğından əmələ gələn nəticələr nəzərdə tutulur.
Bu artefaktlardan bəziləri
Xotorn Effekti - 1927-1932-ci illərdə Elton Meyonun rəhbərliyi ilə keçirilən eksperiment zamanı müəyyən olunmuşdur.
Vestern Elektronics şirkətinin Telefon zavodunda qadınlardan təşkil olunmuş kollektivdə alimlər iş yerində işıqlandırmanın çoxaldılmasını əmək məhsuldarlığına müsbət təsirini qeydə almışdılar. Daha sonra işıqlandırmanın azaldılması nəticəsində məhsuldarlıq göstəricilərinin dəyişməməsi alimləri çaşqınlığa salmışdı.
Bir neçə başqa amillərin təsiri nəticəsində məhsuldarlığın artımı nəticədə bu fikrə gətirmişdir - "yeni və maraqlı bir eksperimentin özü və tədqiqat obyektinə qarşı diqqət reallıqdan kənar nəticələr doğurur"
Sübut olunmuşdu ki, işçilər eksperimentdə iştirakı özünə qarşı diqqət kimi qəbul olunduğu üçün o bilərəkdən gözlənilən nəticəni ortaya qoyurlar.
Xotorn Effektini yaşamamaq üçün tədqiq olunan tərəfin eksperimentdən gözlənilən nəticədən xəbərdar olmaması tələb olunur. Daha ətralı Xotorn Eksperimenti.
Foks Effekti - 1970-ci ildə Kaliforniya Universitetində aktyor Mayron Foks adlı doktor simasında çıxış edərək tələbələrə leksiya oxumuşdur. Eksperimentin məqsədi lektorun istedadı ilə leksiyanın məzmununun çox kasad, uydurma və mənasız söz yığınından ibarət olmasını gizlədərək, tələbələrin bir şey öyrəndiklərini sanmalarını təmin etməkdi.
Tədqiqat psixoloqların tədqiqatlar zamanı iştirakçıları məzmun üzrə deyil şəxsi keyfiyyətləri ilə nəticə istiqamətində yönləndirə biləcəyini sübut etmişdir.
Plasebo Effekti - Effektin geniş tədqiqi 2-ci dünya müharibəsində dərman çatışmamazlığı zamanı Anestezioloq Henri biçer ağrıkəsicilərin hospitalda tapılmadığı zamanda aparılmışdır və xəstələrə həqiqi dərmanların yerinə əvəzedici vəya məhlullar vurulurdu. Buna baxmayaraq xəstələr özlərində yaxşılaşma hiss etmişdilər. Bu tədqiqatları müharibədən qayıdaraq Harvardda geniş araşdırmışdır.
Psixiatr Mendel daha da irəli gedərək eksperimenti daha da qəlizləşdirir. O tədqiqat qrupunu iki yerə bölərək yarısını saxta preparatlarla digər hissəsini isə həqiqi preparatlarla müalicəsini planlaşdırır, lakin, həkimlər özləri də hansı qrupun hansı dərmanla müalicə olunmasından xəbərdar olmayacaqlardı. Ciddi psixiki pozğunluğu olan xəstələrin davranışlarında mülayimləşmə və anlayış görən həkim biləndə ki, öz grupunun xəstələri yalançı dərman qəbul etməkdə idilər, şok keçirir.
Analizin nəticələrini təkrar təhlil edərək başa düşür ki xəstələr həkimin onlara qarşı bəslədiyi normal insani davranışın təsiri altına düşərək belə qarşılıq verirlərmiş.
Barnum Effekti (Forer Effekti) - İnsan özü haqqında ümumiləşmiş məlumat eşitsə də bunu sırf onun haqqında deyildiyinə inanır. Astroloji proqnozları oxuyarkən də insanlar bu fikirlərə inanır.
1948-ci ildə Bertram Forer bu effektin göstərən eksperimenti keçirmiş və nəticələrini nümayiş etdirmişdir. Testə tabe tutulan tələbələrə bildirir ki nəticələrdən asılı olaraq onların şəxsiyyətlərinin psixoloji analizini həyata keçirəcəkdir. Lakin həqiqi analiz nəticəsinin yerinə o tələbələrə qoroskop mətni təqdim edir və hər tələbədən bu təsvirin 5 bal üzərindən qiymətləndirmə aparmasını xahiş edir.
Nəticə 4,25 olur.
Bir çox araşdırmaçıların öz eksperimentlərində istifadə etdiyi Barnumun mətni diqqətinizə çatdırılır.
"Siz digər insanların sizə hörmət etməsinə, onlar tərəfindən sevilməyə ehtiyac hiss edirsiniz, lakin eyni zamanda siz özünüzə qarşı tələbkarsınız. Baxmayaraq ki, sizin şəxsi keyfiyyətlərinizdə çatışmazlıqlar var, siz onları kompensasiya edə bilirsiniz. Siz bugünədək öz xeyrinizə istifadə etmədiyiniz əhəmiyyətli potensiala sahibsiniz. Xarici görünüş olaraq intizamlı və arxayınsınız lakin qəlbinizdə siz həyəcan yaşayır və özünüzə əmin deyilsiniz. Bəzən sizi verdiyiniz qərarın, atdığınız addımların doğruluğu ilə bağlı şübhələr əhatə edir. Üstünlük verdiyiniz müxtəliflik və dəyişiklik ciddi qaydalarla məhdudlaşdırıldıqda narazılıq duyğusu yaşayırsınız. Siz özünüzlə müstəqil və ağıllı bir insan olaraq fəxr edirsiniz. Siz kifayət qədər əsası olmadıqda başqalarının mülahizələrini qəbul etmirsiniz. Buna baxmayaraq siz başqaları ilə çox açıq və səmimi olmağın düzgün olmadığını düşünürsünüs. Bəzən siz ekstravert olub çox gülərüz və ünsiyyətcil bəzən isə introvert olaraq ehtiyatlı davranırsınız. Bəzi arzularınız qeyri-realdır."
Gördüyünüz kimi bu mətni bir çox insana şamil etmək rahatlıqla mümkündür.
Hələlik bu qədər. Növbəti mövzu daha maraqlı olacaq
Madaqaskarda (Şərqi Afrika) yaşayıram və həyat mənim üçün və ailəm üçün indi rahat yaşamağa dəyər və həqiqətən övladımın tapdığı qədər ciddi bir problem yaşadığım üçün ömrüm boyu mənə göstərilən yaxşılığı görməmişəm. iki həftə davam edən dəhşətli qəza və həkimlər onun yenidən gəzə bilməsi üçün incə bir əməliyyat keçirməsi lazım olduğunu və hesabları ödəyə bilmədiyimi söylədikdən sonra əməliyyatınız banka getdi və borc verdiyimi söyləyərək məni rədd etdi kredit kartı yoxdu, oradan atama qaçdım və kömək edə bilmədi, yahoo cavablarına baxarkən kredit borc verən cənab Benjamin Breil Lee ilə əlçatan faiz dərəcəsində kreditlər təklif etdiyimə rast gəldim. lakin buna bir cəhd göstərmək və təəccüblü bir şəkildə hamısı xəyal kimi idi, oğlumun əməliyyatı üçün pul ödəmək üçün 110,000.00 dollar borc aldım, sonra özümə də getməyimə kömək edəcək rahat bir iş tapdım. Allaha şükür edirəm ki, bu gün yaxşıdır və gəzə bilirsən, işləyirsən və yük mənim üzərimdə daha çoxdur və yaxşı qidalandıra bilərik və ailəm bu gün xoşbəxtdir və öz-özümə möcüzələr dünyasında ucadan yas tutacağımı söylədim Tanrının mənə verdiyi bu Tanrı vasitəsilə borc verən cənab Benjamin Breil Lee və həqiqi və ciddi borc ehtiyacı olan hər kəsə bu Allahdan qorxan adamla əlaqə saxlamağı tövsiyə edirəm
ReplyDelete...... vasitəsilə 247officedept@gmail.com. Və hamınızdan bu adam üçün mənim üçün dua etməyinizi və ya + 1-989-394-3740 whatsapp-da onunla söhbət etməyinizi istəyirəm.
Çox sağ ol