1911-ci ildə Frederick Winslow Taylorun, işçilərin idarəolunmasında elmi üsulların istifadəsi haqqında Elmi Menecmentin Əsasları əsəri işıq üzü görmüşdür. Elmi Menecment ...
Çalışın gözünüzün qabağına gətirəsiniz - əllərində bellə(lopatka) iş görən fəhlələrin əməyindən təşkil olunmuş bir işdə işin səmərəliliyini artırmaq üçün elmi metod axtaran bir mühəndis. Yazılı tarixdə qeydə düşən sistemli yanaşma və araşdırma aparan ilk şəxs. Əmək elminin Nyutonu, elmi idarəetmənin atası , Effektiv idarəçiliyin atası titulunun daşıyıcısı və dünyanın tanıdığı ilk idarəetmə üzrə konsultantlardan biri (35 yaş). Onun başlatdığı klassik idarəetmə elmi daha sonra böyük bir cərəyanın başlanğıcını təşkil edir.
Elmi idarəetmə üsulları- əməyin təşkilini yaxşılaşdırmaq! və işçilərin peşə istiqamətləri üzrə işləri ən yaxşı şəkildə icrasını təmin etmək üçün işçiləri yetişdirmək ! məqsədi ilə işləri sadələşdirməyə! xidmət edir.
Bir ustanın yanında çıraq, usta onun yetişdiyini bildirənə qədər işi öyrənirdi. Öz işlərini necə quracaqlarını da özləri müəyyənləşdirirdilər. Elmi idarəetmə bu qəlibi sındırıb, ustalıq tələb edən işlərin usta olmayan işçilərə öyrədilərək icra ediləcək səviyyədə bəsit addımlara parçalamışdır. Gözünüzün qarşısında Çarli Çaplinin filmdə konveyerdə iş fəaliyyətini canlandırsanız fikrim sizə aydın olar. Sənaye inqlabından sonra kütləvi istehsalı təmin etmək üçün işlərin detallarına qədər parçalanmasını tələb olunurdu ki, onu kütləviləşdirmək mümkün olsun. Vəya belə də deyə bilərik ki, daha çox istehsal və qazanc bunu tələb edirdi.
Teylor ayaq sürütdəməyi yox eləmək və verimliliyi artırmaq üçün müəyyən işlər üçün ən yaxşı performans səviyyəsini və bu performans səviyyəsinə çatmaq üçün nə tələb olunduğunu müəyyən etmək üçün sınaqlar aparmağa başlamışdır. (10 000- yaxın sınaq apardığı bildirilir) Bu sınaqlar daha sonra vaxt tədqiqatları (time studies) vəya vaxt və hərəkət tədqiqatları (time and motion studies) olaraq tanınmışdır.

Teylor, işçilərin faydalılığını artırmağa marağı karyerasının əvvəllərində polad sahəsinin işçilərinin fəaliyyətlərində müşahidə etdiyi ifrat səmərəsizliklə başlayıb.
Ayaq sürütdəmə (Soldiering)
Polad sənayesində işləyən Teylor işçilərin məqsədli şəkildə bacarıqlarından aşağı səviyyədə işlədiklərini müşahidə etmişdir. Buna ayaq sürütdəmə deyilir ki, onu 3 səbəbə bağlayır.
1. İşçilər arasında ümumi olaraq qəbul olunmuş inanca görə, əgər daha məhsuldar olsalar o zaman onlara olan ehtiyac ortadan azalacaq və nəticədə işsiz qalacaqlar.
Bu bizim ev ustalarının iş prinsipinə daha yaxındır, işi saqqız kimi uzadıb xərclərini də artırırlar ki nəticədə qazancları azalır. Evdə isə xanım deyir ki, kişi gecə gündüz işləyir amma qazandığının bərəkəti yoxdu...
2. Daha çox işlə daha çox qazan prinsipinin olmadığına görə işçinin daha çox iş görməsinə təşviqin olmaması. Odur ki, köhnə kollektivə yeni biri gəldikdə və daha çox iş gördükdə digərləri tərəfindən yaxşı qarşılanmır. Çünki, yeni işçinin gətirdiyi məhsuldarlıq, standart kimi qəbul olunaraq hamıya tətbiq oluna bilərdi. Həmçinin burada başqa bir amil də mövcuddur. İşçilər istehsal olunan məhsul sayına görə qazanc sonda rəhbərliyin məhsul başına qiymətin aşağı salınmasına gətirib çıxaracağından qorxmaqdaydılar.
3. İşçilər enerjilərinin çox hissəsini gözəyarı işləyərək sərf edərlər. Halbuki, işin elmi praktikalar əsasında ortaya çıxardığı metodlar istifadə edərək səmərəli işləmək olar.
Teylor ayaq sürütdəməyi yox eləmək və verimliliyi artırmaq üçün müəyyən işlər üçün ən yaxşı performans səviyyəsini və bu performans səviyyəsinə çatmaq üçün nə tələb olunduğunu müəyyən etmək üçün sınaqlar aparmağa başlamışdır. (10 000- yaxın sınaq apardığı bildirilir) Bu sınaqlar daha sonra vaxt tədqiqatları (time studies) vəya vaxt və hərəkət tədqiqatları (time and motion studies) olaraq tanınmışdır.
O elmi idarəetməni 3 istiqamətdə inkişaf etdirmişdi ki, bunlar əməyin normallaşdırması, sistemli işə qəbul və yetişdirmə, əməyin ödənişi və mükafatlandırma idi. Günümüzdə idarəetmənin bu mexanizmləri İnsan Resursları sahəsinə aiddir.
Teylor öz elmi yanaşması üzərində işləyib, nəzəriyyəsinin 4 prinsipini irəli sürmüşdür
1. İstehsalatın elmi əsaslarının hazırlanması
Ənənəvi metodlardan istehsalatın hər iş üçün ayrıca elmi metodikası hazırlanmalıdır.
2. İşçilərin elmi göstəricilər əsasında seçilməsi
Əvvəl işçi özünə uyğun olan işi seçir, işə yanaşma şəklini, istifadə edəcəyi aləti və onu işlətmə tərzini, özünün inkişaf səviyyəsini müəyyən edirdi. Elmi yanaşmaya əsasən isə işçi yoxlanılaraq uyğun işə təyin edilib yetişdirilərək inkişaf etdirilir. Burada onun təsəvvürü işçinin dəzgahla tam sinxronizasiyası idi
3. Elmi metodikaların tətbiqindən əmin olmaq üçün işçilərlə əməkdaşlığın qurulması. Burada işçilərin təşəbbüs - mükafatlandırma üzərindən işçilərlə elmin bir birinə yaxınlığını təmin etmək nəzərdə tutulur.
4. Administrativ rəhbərliklə işçilər arasında sıx əməkdaşlığın təmin edilməsi
Bu prinsiplər bir Fordun zavodları olmaqla bir çox zavodlarda tətbiq edilmişdi, ki nəticədə istehsalat ən az 3 dəfə çoxalmışdı.
Gətirdiyi uyğunsuzluqlar
İstehsalatın artmasına gətirib çıxarsa da, nəticədə əməyin optimallaşdırması müəssisədə əməyə olan ehtiyacı azaltdığı üçün işçilərin ixtisarına gətirib çıxarmışdı. Hətta Teylora suiqəsd cəhdləri belə olmuşdu. Böyük müəssisələr teylorizmə qarşı çıxmış, ABŞ Konqresinin nümayəndələr Palatası Teylorun sisteminin incələnməsi üçün xüsusi komissiya yaratmışdı.
Tezliklə "insanlıqdan uzaq" və həddən texnokrat yanaşmasını təkrar gözdən keçirtmiş və belə qənaətə gəlmişdi ki, işəgötürənlərin rifahı işçilərin rifahı ilə qarşılıqlı asılılıqdadır.
Teylorun Elmi idarəetmə Nəzəriyyəsi özlüyündə bir işi reallaşdırmaq üçün yeganə doğru yol olduğunu təbliğ edirdi. Mövcud yanaşmalar isə bunun əksini iddia etməkdədir - Hədəflərlə İdarəetmə (MBO Management by Objectives), Davamlı İnkişaf ( Continuous Improvement), BPR (Business Process Reengineering)

No comments:
Post a Comment